You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

4229 Print the text Copy text

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi və digər əlaqəli qurumlarla görüşlərin keçirilməsi məqsədilə Ankara şəhərində səfərdə olub.

Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi ilə keçirilmiş görüş zamanı 25 fevral 2020-ci il tarixində tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiya çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Eyni zamanda 2022-2024-cü illəri əhatə edəcək üçillik Fəaliyyət Planının layihəsinin hazırlanması ilə əlaqədar ilkin razılığa gəlinib.

Həmçinin görüş zamanı 2019-cu ilin iyun ayında Bakıda keçirilmiş “BMT Dövlət Xidmətləri Forumu” çərçivəsində təsis olunmuş və Türkiyə tərəfinin də imzası olduğu “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın fəaliyyəti ilə əlaqədar danışıqlar həyata keçirilib.

Tükiyə Respublikasının müvafiq sahələr fəaliyyət göstərən digər qurum və təşkilatları ilə keçirilən görüşlər zamanı Azərbaycanın “ASAN xidmət” və rəqəmsal xidmətlər sahəsində mövcud təcrübəsi haqqında ətraflı məlumat verilib, eləcə də dövlət xidmətlərinin rəqəmsallaşdırılması və inkişaf etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

  • 359

    Number of available services on the portal