Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Kiçik və iri biznes sahiblərinə xoş xəbər

3086 Mətni çap edin Mətni kopyala

Daha bir arayışı, "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"ndən istifadəyə görə borcun olmaması haqqında arayışı elektron şəkildə əldə edə bilərsiniz.

Sözügedən arayışı "Elektron hökumət" portalında "Azərsu" ASC-nin elektron xidmətləri arasından əldə etmək mümkündür. Portala istifadəçi adı/şifrə və ya elektron imza kartı vasitəsilə daxil olub "Bütün xidmətlər" bölməsində "Azərsu" ASC-nin xidmətləri arasından "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"ndən istifadəyə görə borcun olmaması haqqında arayışı seçin.  Abonent kodunu daxil edərək müvafiq elektron formanı doldurun. Arayış üçün müraciət edən şəxs aşağıda əks olunan məlumatları daxil etməlidir:

  • Şəxsiyyət vəsiqəsinin FİN kodu;
  • Telefon nömrəsi;
  • Elektron poçt ünvan.

Müraciətə,

  • obyekt sizin mülkiyyətinizdədirsə, bunu təsdiq edən sənədin sürətini;
  • obyekti icarəyə götürmüsünüzsə icarə müqaviləsinin sürətini

əlavə edib,  prosesi tamamlayın.

Müraciət bir neçə gün ərzində "Azərsu" ASC tərəfindən dəyərləndirilir, nəticə elektron poçt vasitəsilə vətəndaşa göndərilir.

Bu müddət ərzində vətəndaş müraciətin vəziyyətini izləyə də bilir. Belə ki, müvafiq müraciətin mərhələli statusu  xidmətin "göndərilən müraciət" bölməsində  "baxılır", "təsdiqləndi" kimi göstərilir. Müraciət təsdiqləndikdə eyni bölmədə "çap edin" düyməsi aktiv  olunur.

Hüquqi sənəd olan arayışlar subyekt barədə müvafiq informasiyanı təsdiqləmə vasitəsi kimi bir çox fəaliyyət sahələrində tətbiq olunur. Bu gün “Elektron hökumət” portalı vasitəsilə təqdim olunan 13 adda arayış bütün vətəndaşların, xüsusən də biznes sahiblərinin işini sadələşdirir.

  • 359

    Portalda olan xidmətlərin sayı