Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

2017-ci ildə 26 mindən çox “Elektron imza” sertifikatı istifadəyə verilib

5071 Mətni çap edin Mətni kopyala

Artıq 5 ildən çoxdur ki, ölkəmizdə sənəd mübadiləsində tətbiq olunan elektron imza vaxta və bu iş üçün ayrılan işçi qüvvəsinə qənaət etməklə, məsafələrin yaxınlaşmasına xidmət edir. Elektron sənədin təsdiqləyici elementi olan elektron imza virtual məkanda prosesin iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.

Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik məsuliyyətdən yayınmanın mümkünsüzlüyü, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elə buna görə də elektron imzadan istifadə göstəricisi artmaqdadır.

Belə ki, 2017-ci ildə  dövlət qurumlarına 9,724, fiziki şəxslərə 7,412, hüquqi şəxslərə isə 9,552 olmaqla, ümumilikdə 26,688 “Elektron imza” sertifikatı istifadəyə verilib. Bu da 2016-cı il ilə müqayisədə 3,648 sertifikat sayı çoxdur.

Məlumat üçün qeyd edək  ki, “Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən 1 yanvar 2018-ci il tarixinə qədər olan statistikaya əsasən, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 75,674, fiziki şəxslər üzrə 24,536, hüquqi şəxslər üzrə isə 26,516 olmaqla, ümumilikdə 126,726 “Elektron imza” sertifikatı istifadəyə verilib.

2017-ci il ərzində dövlət qurumları tərəfindən 8,147,916, habelə hüquqi və fiziki şəxslər tərəfindən 3,318,233 olmaqla, ümumilikdə 11,466,149 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış 29,871,550 autentifikasiya və elektron imza əməliyyatlarının 38.4%-i deməkdir.

Elektron imza, həmçinin “Elektron hökumət” portalının autentifikasiya vasitələrindəndir. 2017-cı il ərzində elektron imza kartları vasitəsi ilə ümumilikdə 5,791,005 autentifikasiya qeydə alınıb.

Qeyd edək ki, “Elektron imza” sertifikatlarını “Şəbəkə” xidmət, habelə Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq və ya elektron imza saytına (www.e-imza.az) onlayn müraciət etməklə, yaxud da “Elektron hökumət” portalı vasitəsi ilə onlayn sifariş yolu ilə əldə etmək mümkündür.

Xatırladaq ki, elektron imzadan 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.

  • 359

    Portalda olan xidmətlərin sayı