Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Dövlət İnformasiya Ehtiyatları və Sistemləri Reyestri


 
Portalda yaradılan bu xüsusi bölmə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən idarə olunur. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının 4.2-ci bəndinə əsaslanır. Bu bölmə vasitəsilə dövlət informasiya ehtiyatları və sistemləri üzrə yeni məlumatların reyestrlərə daxil edilməsi, reyestrlərdə mövcud olan məlumatlarda dəyişiklik edilməsi, ləğv edilməsi və ya dayandırılması üçün elektron müraciətlərin göndərilməsi, kargüzarlığın aparılması, müraciətlərin icrası, həmçinin sahib və operatorların müvafiq qaydada məlumatlandırılması nəzərdə tutulur. Dövlət İnformasiya Ehtiyatları və Sistemləri Reyestrinin formalaşdırılması və aparılması dövlət informasiya ehtiyatlarının və sistemlərinin qeydiyyatının, reyestrinin və qiymətləndirilməsinin aparılması, onların formalaşdırılmasında pərakəndəliyin və təkrarlanmanın qarşısının alınması, həmçinin səmərəliliyinin müəyyən edilməsi məqsədlərini daşıyır. Dövlət İnformasiya Ehtiyatları və Sistemlərini Reyestrdə (keçid:https://dxr.az/iesr) qeydiyyata almaq üçün müvafiq qurumların elektron imzasında möhür səlahiyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilmiş məsul şəxsə istifadə hüququ verilməklə sözügedən Reyestrə daxil olmaq mümkündür. Məsul şəxs Reyestrdə göstərilən meyarlar üzrə məlumatları doldurulduqdan sonra məlumatlar üzərində bir daha bütün dəqiqləşdirmələr aparır, onların tamlığına və düzgünlüyünə əmin olduqdan sonra Reyestrin operatorunun təsdiqinə göndərir. Reyestrin operatoru məlumatları yoxladıqdan sonra təsdiq edərək müvafiq Reyestrə daxil edir. Reyestrdə olan məlumatlarda dəyişiklik edilməsi zərurəti yarandıqda Reyestrin operatoru bununla bağlı dövlət qurumuna bildiriş göndərir. Dövlət qurumunun məsul şəxsi anketdə tələb olunan dəyişikliyi edir, sonra təkrar Reyestrin operatorunun təsdiqinə göndərir. Reyestr operatoru məlumatları yoxladıqdan sonra mövcud Reyestrdə müvafiq dəyişikliklər edir.

 

  • 359

    Portalda olan xidmətlərin sayı