Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Dövlət Xidmətlərinin Elektron Reyestri




Dövlət xidmətlərinin Elektron Reyestri "Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarı ilə “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması” Qaydaları təsdiq edilmişdir. Dövlət xidmətlərinin Elektron Reyestri Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalını özündə ehtiva edir. Reyestrin formalaşdırılmasının və aparılmasının əsas məqsədlərinə xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, istifadə olunan informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasının təmin edilməsi, vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi, qurumların fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi daxildir. Elektron Reyestrin aparılması üçün xidməti həyata keçirən qurumlar ilə qarşılıqlı informasiya mübadiləsi informasiya sisteminin istifadəçi interfeysi vasitəsilə təmin edilir.

Dövlət xidmətlərinin Elektron Reyestrində təqdim edilən xidmətlər haqqında yenilikləri və məlumatları buradan əldə etmək olar.
  • 359

    Portalda olan xidmətlərin sayı